Roma papası XIV Leo bu gün Türkiyəyə səfər edib.
Referans Media xəbər verir ki, 30 noyabr bazar gününə qədər davam edəcək səfərdə Papa İznikdə xüsusi bir mərasimdə iştirak edəcək.
Qeyd edək ki, Katolik Kilsəsində may ayında keçirilən Papalıq seçkisində seçilən Papa XIV Leonun Türkiyə və Livanı əhatə edən ilk xarici səfəri bu gün başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Türkiyəyə gələn Papa ilk olaraq paytaxt Ankarada rəsmi görüşlər keçirəcək.
