Parisdə Azərbaycan xalçaları nümayiş olundu – Foto

Fransanın paytaxtı Parisdə Novruz bayramı münasibəti ilə Azərbaycan xalçalarından ibarət “İkinci həyat” sərgisi keçirilib.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin “X”dəki hesabında məlumat yayılıb.

Səfirliyin dəstəyi ilə baş tutan sərgidə diasor nümayəndələri və xarici qonaqlar da iştirak ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki