Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi nikaha daxil olub.
Referans Media xəbər verir ki, bu barədə informasiyanı baş nazirin həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində yazıb.
O bildirib ki, vətəndaş nikahı ilə bağlı tarixçə başa çatıb, nikah VVAQ-da rəsmi şəkildə qeydiyyata alınıb. Akopyan mövzunun müzakirəsi zamanı hər kəsi təmkin nümayiş etdirməyə çağırıb.
