Paşinyan Azərbaycanla sərhəddən danışdı: “İlk dəfədir belə olur!”

  “İlk dəfədir ki, Ermənistanın dövlət büdcəsini Azərbaycanla sülh şəraitində müzakirə edirik”.

Referans.az  xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

“Tariximizdə belə bir dövr olmamışdı. 1 il 8 aydır ki, sərhəddə atışma nəticəsində əsgər həlak olmur,” – Paşinyan qeyd edib.

 O, həmçinin Ermənistanın blokadadan çıxmasının birinci mərhələsinə toxunub:

“Elə bu gündən biz Türkiyədən Azərbaycana və əks istiqamətə yük avtomobillərinin tranzit keçidini təmin etməyə hazırıq. Xüsusilə Marqara–Yeğeqnadzor–Sisian–Qoris marşrutu üzrə”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki