İyulun 14-də Ermənistanın Baş nazir Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.
Referans xəbər verir ki, bu barədə “NEWS.am-a” Ermənistan hökumətindən məlumat verilib.
“Bu gün Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen ilə üçtərəfli görüş planlaşdırılır.
Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosa və Belçikanın baş naziri Bart de Veverlə də görüşəcək”, – məlumatda bildirilir.
//publika.az