Paşinyan MTX-yə tapşırıq verdi: “Silahlar alırıq, ancaq…”

Ermənistanın Baş naziri Nikol Paşinyan xüsusi xidmət orqanları qarşısında vəzifələr qoyub.

O bildirib ki, Ermənistan silahlar alır, lakin onların tətbiqinə ehtiyac olmayacağına ümid edir.

Paşinyanın sözlərinə görə, MTX öz imkanlarını ardıcıl şəkildə inkişaf etdirməli, xüsusi təyinatlı bölmələri gücləndirməlidir. Bununla yanaşı, o vurğulayıb ki, xidmətin əsas məqsədi güc tətbiqinə ehtiyac qalmayacaq mühit yaratmaqdır.

Baş nazir həmçinin narkotik qaçaqmalçılığına qarşı effektiv mübarizəni MTX-nin prioritet istiqamətlərindən biri kimi qeyd edib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki