“Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir”. Referans Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, bildirib ki, Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub: “Biz bu məntiqə əməl edib müstəqil dövlət qura bilmərik”.
Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb. Azərbaycan da məhz bunun dəyişdirilməsini tələb edir.
