Paşinyandan KTMT AÇIQLAMASI: Nikol ilk dəfə etiraf etdi

  Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ittiham edərək bildirib ki, qurum ölkəsi qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.

Referans.az   xəbər verir ki, İrəvanda Qərbyönlü QHT-lərin təşkil etdiyi təhlükəsizlik konfransında çıxış edən Paşinyan, Ermənistanın uzun illər təhlükəsizlik sistemini iki sütun üzərində qurduğunu deyib. Bu hərbi-siyasi alyanslar və ordudur. Lakin baş verən son hadisələr, xüsusilə də Azərbaycanla münaqişələr, bu iki sütunun işləmədiyini göstərib.

 Onun sözlərinə görə, KTMT məsələsində isə daha qabarıq vəziyyət yaranıb:“Məlum oldu ki, təşkilat Azərbaycanı da Ermənistan kimi qardaş ölkə hesab edir. Bu mövqe bizim üçün yeni deyildi, sadəcə olaraq İrəvan bunu görməməzlikdən gəlirdi”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki