Paylaşdı, sonra sildi: Okan Burukun görüntüsü müzakirələrə səbəb oldu

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk ilə aparılan müsahibədən sonra yayılan foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, müsahibəni həyata keçirən aparıcı Damla Uğurtürk çəkiliş zamanı lentə alınmış bir kadrı sosial media hesabında paylaşıb. Fotoda Okan Burukun hündür stulda əyləşdiyi görünür.

Paylaşım qısa müddətdə çoxsaylı şərh və reaksiyalar toplayıb. Bəzi istifadəçilər görüntü ilə bağlı zarafatlar edərək xüsusilə məşqçinin boyu barədə müxtəlif paylaşımlar ediblər.

Fotoya marağın artmasından sonra Damla Uğurtürkün sözügedən paylaşımı hesabından sildiyi bildirilib. Buna baxmayaraq, şəkil qısa zamanda digər sosial media platformalarında yayılmağa davam edib.

Beləliklə, Okan Burukun müsahibəsinin məzmunundan daha çox, çəkiliş zamanı ortaya çıxan görüntü futbol azarkeşlərinin diqqət mərkəzinə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki