Paytaxtda və rayonlarda qanunsuz silah-sursat aşkarlandı

Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Referans Media-ya bildirilib ki, yanvarın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 5 patron darağı və 82 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki