Pensiyaçılara şad XƏBƏR: bu tarixdən artım olacaq

  “Gələn il hansı artımların olacağına gəldikdə, mövcud qanunvericiliyə əsasən, 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq”.

Referans.az   xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək:

“Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki