Pensiyalar gələn il nə qədər artacaq?

  2026-cı ildə Azərbaycanda pensiyalar orta hesabla 579.2 manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2025-ci ilin gözlənilən 537 manat orta pensiyasından təxminən 7.9% çoxdur.

Referans.az  xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Ölkə büdcəsində əmək pensiyalarının ödənişinə ayrılan vəsait isə 7 milyard 992.88 milyon manat səviyyəsində nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiqlənmiş proqnozundan 10.85% və ya 782.35 milyon manat çoxdur.

 Qısaca desək, gələn il pensiyalar həm nominal olaraq artacaq, həm də büdcədə onların ödənişi üçün daha çox vəsait ayrılacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki