Peskov: “İrəvanın addımı anlaşılmazdır, açıqlama gözləyirik”

Kreml Ermənistanın Ukrayna Prezidenti Volodimir Zelenskiyə “anti-Rusiya bəyanatları” üçün platforma verməsini anormal hesab edir.

Referans Media  xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, Moskva bu məsələ ilə bağlı İrəvandan izahat gözləyir:

“İstənilən tədbirin keçirilməsi, o cümlədən Avropa İttifaqı ilə sammitin təşkili Ermənistanın tam suveren hüququdur. Ermənistan  xarici siyasətdə çoxvektorlu yanaşmaya üstünlük verir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki