Pezeşkian İran məmurlarını rüsvay etdi: Problem onlardır…

  “Ölkədəki problemlərin əsas səbəbkarı qərar qəbul edənlər və məmurlardır”.

Referans.az  xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, dövlət qulluqçularının davranışlarını dəyişməsinin vacibliyini vurğulayıb:

“İnsanlar mövcud şəraitdən narazıdırlarsa, bu, bizim günahımızdır. Biz insanların etimadını doğrultmaq üçün davranışlarımızı və qərarlarımızı dəyişməliyik.

Bəzi insanlar ədalətdən çox danışır, amma əməldə onların davranışlarında düzlükdən, ədalətdən əsər-əlamət yoxdur”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki