image-murtace1backend

Pezeşkiandan Müctəba Xameneinin yaralanması xəbərlərinə REAKSİYA

İran hökumətinin müşaviri və ölkə prezidentinin oğlu Yusif Pezeşkian İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Referans Media  xəbər verir ki, Pezeşkian bu barədə teleqram kanalında yazıb.
O qeyd edib ki, Müctəba Xamenei ilə bağlı yayılan yaralanma xəbərləri həqiqəti əks etdirmir.
Müşavirin sözlərinə görə, o məlumatı dəqiqləşdirib və ona “şükürlər olsun ki, ali rəhbər sağ-salamatdır və hər şey qaydasındadır” cavabı verilib.
Qeyd edək ki, bir sıra Qərb nəşrlərində Müctəba Xameneinin müharibənin ilk günündə yaralandığı və komada olduğu ilə bağlı xəbərlər yayılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki