PİT HEQSETİN ARZUSU – ŞAM  YEMƏYİ  ÜÇÜN  İDEAL  ORTAM  HAZIRDIR

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Peter Heqset jurnalist Keyti Millerin podkastında deyib ki, o, ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski üçlüyünü şam yeməyi üçün ideal ortam hesab edir. “Süfrəyə mütləq şəkildə rus sousu (Amerikada mayonez və ketçupdan ibarət qarışığı belə adlandırırlar) da qoyulmalıdır” – deyə Pentaqon rəhbəri əlavə edib. Heqset bunun sülh naminə şam yeməyi ola biləcəyini söyləyib.

Bundan əvvəl Tramp özünün Truth Social adlı sosial media hesabında rusiyalı və ukraynalı həmkarları ilə görüşü səbrsizliklə gözlədiyini yazıb. Respublikaçı Prezident bunun tezliklə baş verəcəyinə ümid etdiyini bildirib. Tramp görüşün münaqişənin həlli ilə bağlı razılıq əldə edildikdən sonra və ya danışıqların son mərhələsində mümkün ola biləcəyini bildirib.

Buna qədər Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Moskva ABŞ-ın Ukrayna münaqişəsinin həlli üzrə səylərini yüksək qiymətləndirir. O, ABŞ-ı Böyük Britaniya, Fransa və Almaniyadan fərqli olaraq, düzgün istiqamətdə təşəbbüs göstərən yeganə Qərb ölkəsi hesab etdiyini deyib. Rusiyanın baş diplomatı Belarus və Türkiyənin vasitəçilik səylərini də yüksək qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki