image-avtomatbackend

Polis silah-sursat aşkarladı

Aprelin 2-də polis tərəfindən xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, aprelin 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 qumbara, 5 alışdırıcı, 6 tüfəng, 10 patron darağı, 1460 ədəd müxtəlif çaplı patron və 4 mərmi aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki