Polisdən əməliyyat: 15 və 18 yaşlı şəxslər saxlanılıb

  Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

DİN-in mətbuat xidmətindən Referans.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Davam etdirilən tədbirlərlə 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki