Polşa Rusiyanın neçə PUA-sını vurub? – Yeni rəqəm

   Polşanın cənub-şərqində ölkənin hava məkanını pozan daha bir pilotsuz uçuş aparatı aşkarlanıb.

Referans.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskaya məlumat yayıb.

“17-ci dron Primyarki yaşayış məntəqəsində, Ksjenjopol vilayətində, Bilqoray rayonunda tapılıb”, – deyə o, “X” sosial şəbəkə hesabında yazıb.

 Bundan əvvəl Polşanın şərq, cənub-şərq, mərkəz və şimal bölgələrində ümumilikdə 16 pilotsuz uçuş aparatının tapıldığı bildirilmişdi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki