Porno aludəçiliyi olan insanları biabır etmək lazımdır: Deputatdan TƏKLİFbackend

Porno aludəçiliyi olan insanları biabır etmək lazımdır: Deputatdan TƏKLİF

Porno asılılıq əlamətləri olan işçiləri birbaşa iş yerlərində açıq şəkildə tənbeh etmək lazımdır.

Bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov çıxış edib. Onun fikrincə, belə insanlar öz adekvatlığını itirir və ictimai qınağa layiqdirlər.

“İş kollektivlərində bu hallarda belə bir şey deyilməlidir ki, bu adam “böyüklər üçün mağaza”da olub və qızlar də anlamlıdır ki, bu kişi “böyüklər mağazası”na gedirsə, deməli, onunla görüşmək, həmçinin ailə qurmaq olmaz”, – deputat bildirib.

Deputatın fikrincə, belə şəxslər ictimai qınağa məruz qalmalıdır. “Məsələn, intim mallar mağazasına gedəndə onların davranışları kollektiv şəkildə müzakirə edilməlidir”, – deyə o, bunu ictimai təsir vasitəsi bilib.

Millət vəkili porno aludəçiliyin ailə bağlarına təsirinə də münasibət bildirib. Onun mövqeyinə görə, bu problemi olan kişilər güclü evlilik yaratmaq iqtidarında deyillər və seks-şoplara baş çəkən qadınlar əxlaqsız davranışa meyl nümayiş etdirirlər.

Vitali Milonov iddia edir ki, porno aludəçiliyi insanı bir fərd kimi alçaldır, onu tam həyat yaşamaq imkanından məhrum edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki