Premyer Liqa: “İmişli” azlıqda qalan “Kəpəz”i məğlub etdi

  Azərbaycan Premyer Liqasının IX turunun ilk oyun günündə “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib.

Referans xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi qatşılaşmada ilk Luis Silvestr, Dioqo Almeyda və Rafael Vieqaş vurub.Matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Məhəmməd Hüseynov kobud davranışına görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki