Premyer Liqa: “Sumqayıt” səfərdə “Sabah”la heç-heçə etdi

  Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Referans xəbər verir ki, turun son oyununda “Sabah” “Sumqayıt”ı qəbul edib.

“Bank Respublika Arena”da təşkil olunan görüşdə qalib müəyyənləşməyib – 1:1.

“Bayquşlar”dan 26-cı dəqiqədə Coy-Lens Mikels, “kimyaçılar”dan isə 35-ci dəqiqədə Rüstəm Əhmədzadə adını tabloya yazdırıb.

Bununla da xallarının sayını 11-ə çatdıran “Sumqayıt” 3-cü pilləyə yüksəlib. “Sabah” 8 xalla 7-cidir.

Qeyd edək ki, Premyer Liqada VII turun oyunları 3-5 oktyabrda keçiriləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki