Prezident İlham Əliyev “Qarabağ”ı təbrik etdi

  Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” klubunu təbrik edib.

Referans xəbər verir ki, Prezident sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edib.

Paylaşımda bunlar qeyd olunub: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!.Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”.

Qeyd edək ki, “Qarabağ” 8 il aradan sonra UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki