“Prius”la toqquşan “Qazel” aşdı – FOTO

  Bu gün Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.Referans “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Səbuhi Əliyev küçəsində “Toyota Prius” markalı minik avtomobili ilə “Qazel” markalı yük maşını toqquşub. Nəticədə yük avtomobili aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki maşına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki