PSJ “Marsel”i darmadağın etdi

Fransa futbol çempionatının 21-ci turu çərçivəsində “Pari Saint-Jermen” doğma meydanda “Marsel”i böyük hesabla məğlub edib. 

Referans Media  xəbər verir ki, Parisdəki “Parc des Princes” stadionunda baş tutan qarşılaşma PSJ-nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Parislilərin qollarını Usman Dembele (12 və 37-ci dəqiqələr), Xviça Kvaratsxeliya (66) və Li Kanq-in (74) vurublar. “Marsel”in müdafiəçisi Fakundo Medina isə 64-cü dəqiqədə topu öz qapısına göndərib.

Qeyd edək ki, PSJ 13 sentyabr 2020-ci ildə “Marsel”ə evdə 0:1 hesabı ilə məğlub olduqdan sonra bu rəqibinə “Parc des Princes”də uduzmur. Həmin vaxtdan etibarən parislilər ardıcıl beş ev oyununda qələbə qazanıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki