Putin bu gün vacib bəyanatla çıxış edəcək – Kreml

  Rusiya Prezidenti Vladimir Putin sentyabrın 22-də Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə vacib açıqlama verəcək.

Referans.az  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

“Günün ortasında, Moskva vaxtı ilə saat 14:00-14:30-dan sonra Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcəyini gözləyirik.

Bu, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş olacaq. Biz Prezident Putindən mühüm bəyanat gözləyirik”, – Kreml sözçüsü bildirib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki