Putin: Hindistanla danışıqlar konstruktiv və dostluq şəraitində keçdi

Rusiya Prezidenti Vladimir Putin Hindistana iki günlük səfərinin yekunlarını dəyərləndirib. Dövlət başçısının sözlərini Kremlin mətbuat xidməti yayıb.

“Referans Media” “Osnmedia.ru”ya istinadən bildirir ki, Putin Yeni Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. Rusiya liderinin bildirdiyinə görə, tərəflər arasında aparılan danışıqlar konstruktiv və dostluq şəraitində keçib.

Prezident qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Hindistan arasında azad ticarət zonası haqqında saziş üzərində iş artıq davam edir. Bundan əlavə, Moskva və Yeni Dehli 2030-cu ilə qədər iqtisadi əməkdaşlıq proqramı haqqında razılığa gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki