Putin onu əfv etdi, basketbolçu ilə dəyişdirdilər

Rusiya Prezidenti Vladimir Putin məhkum edilmiş Fransa vətəndaşı Loran Vinatyeri ( Rusiyada xarici agent kimi tanınır ) əfv edib.

Referans Media xəbər verir ki, bu barədə TASS FSB-yə istinadla məlumat yayıb.

“Rusiya Federasiyası Prezidentinin fərmanı ilə əfv edilib”, – agentliyin açıqlamasında deyilir.

Fransa vətəndaşı haker şəbəkəsində iştirak etməkdə şübhəli bilinən rusiyalı basketbolçu Daniil Kasatkinlə dəyişdirilib. Kasatkin ABŞ-ın tələbi ilə Paris hava limanında saxlanılıb .//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki