Putin seçilməmiş prezidenti təbrik edib

Ermənistan Parlamentinin spikeri Alen Simonyan keçmiş siyasi sistemi tənqid edib.

Referans Media  globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb.

O bildirib ki, 2018-ci ilə qədər ölkədə siyasi proseslərin müstəqilliyi sual altında olub:
“Həmin zaman seçkilərin saxtalaşdırıldığı deyilirdi. Rusiya Ermənistandakı seçkinin nəticələri açıqlanmamış (Serj Sərkisyanı – red.) təbrik edir, bu da siyasi proseslərə xarici təsirin olduğu barədə iddiaları gücləndirirdi. Ümumi siyasi qərarların kənar təsirlərlə formalaşdığı bildirilirdi”.

Qeyd edək ki, 2018-ci ildə Serj Sərkisyan prezidentlikdən sonra baş nazir oldu, amma etirazlar səbəbindən istefa verdi və Nikol Paşinyan hakimiyyətə gəldi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki