Putin-Tramp qarşıdurması: Moskva xəbərdarlıq etdi

  “ABŞ-ın nüvə sınaqlarının bərpası gözlənilməz nəticələrə səbəb ola bilər”.

Bunu Rusiyanın  BMT -dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

O bildirib ki, Moskva baş verənləri izləyir:

“Prezident Vladimir Putin bu məsələdə nöqtəni qoyub”.

Oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp Müharibə Departamentinə dərhal nüvə sınaqlarına başlamağı əmr edib.

Noyabrın 5-də isə Rusiya prezidenti ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib. O, Müdafiə Nazirliyinə və digər qurumlara nüvə silahı sınaqlarına hazırlıq imkanları ilə bağlı təkliflər təqdim etməyi tapşırıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki