Rusiya Prezidenti Vladimir Putin və Fələstin Prezidenti Mahmud Abbas, Moskvada keçirilən görüşdə Qəzza Zolağındakı vəziyyəti müzakirə ediblər.
Putin bildirib ki, Rusiya ilə Fələstin əlaqələri dərin köklərə malikdir və iki tərəfli ticarət həcmi son illərdə üç dəfə artıb. O, həmçinin vurğulayıb ki, Fələstin Dövlətinin qurulması Orta Şərqdə sülhün təmin olunmasına yol aça bilər.
Referans Media xəbər verir ki, Rusiya lideri həmçinin Qəzza Zolağının bərpası üçün ABŞ-da dondurulmuş Rusiya aktivlərindən 1 milyard dolları Fələstin Sülh Şurasına göndərməyə hazır olduqlarını açıqlayıb. Putin, bunun mümkün olduğunu və bu barədə ABŞ rəhbərliyi ilə əvvəlcədən müzakirələrin aparıldığını əlavə edib.
Putin, eyni zamanda Rusiya tərəfindən Qəzzaya artıq 800 min ton yardım göndərildiyini bildirib.
Fələstin Prezidenti Abbas isə Rusiyaya dəstəyinə görə təşəkkür edib və qeyd edib ki, Fələstin xalqı işğala baxmayaraq torpaqlarından imtina etməyəcək. Abbas, İsrailin işğalı nəticəsində Qəzza Zolağı, Qərb Şeria və Qüdsdə geniş dağıntılar olduğunu və 260 min ölü və yaralının olduğunu açıqlayıb.
Abbas əlavə edib ki, Fələstin xalqı torpaqlarını qorumaq üçün hər cür səy göstərəcək və prosesin BMT qərarlarına uyğun həyata keçirilməsi vacibdir.
