Putin Ukraynada qalib gəlsə, bunu edəcək: ABŞ-dan xəbərdarlıq

  “Rusiya Ukraynada qalib gələrsə, NATO ölkələrindən birinin sərhədini keçməyə çalışacaq”.

Referans.az  xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib.

O, açıq şəkildə bildirib ki, ABŞ və onun Avropadakı müttəfiqləri Rusiya Prezidenti Vladimir Putinlə hərbi qarşıdurmaya getməyə məcbur olacaqlar:

 “Münaqişə baş verərsə, Avropa ön cəbhədə olmalıdır”.

Siyasətçi Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması baxımından “istəklilər koalisiyasını” yüksək qiymətləndirib./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki