Putin Zelenskinin ofisinə “Oreşnik”lə zərbə endirməyi qəti rədd edib

  Rusiya prezidenti Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenskinin ofisinin yerləşdiyi Bankova küçəsinə “Oreşnik” adlı silahla zərbə endirmək təklifi olunub.

Referans xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə “Pul Pervogo” kanalına açıqlama verib.

Onun sözlərinə görə, Putin bu təklifi dərhal rədd edərək “Heç bir halda olmaz” deyib./Musavat.com   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki