Putindən Çin vətəndaşlarına şad xəbər: Qərar qəbul edildi

  Rusiya Çin vətəndaşları üçün vizasız rejim tətbiq etməyi planlaşdırır. Bu barədə Prezident Vladimir Putin sentyabrın 4-də Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsi sədrinin müavini Li Xunçjun ilə görüşü zamanı bəyan edib.

Dövlət başçısının sözlərinə görə, bu qərar Pekinin Rusiya vətəndaşları üçün vizasız giriş rejimi tətbiqinə cavab olaraq qəbul edilir.

“Rusiya bu dostluq addımına güzgü prinsipi ilə cavab verəcək. Biz də eyni addımı atacağıq”, – deyə Putin vurğulayıb.

Hazırda təşəbbüsün qüvvəyə minmə tarixi açıqlanmayıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki