Putindən müharibə təhdidi: “Hərbi əməliyyata əl atacağıq”

Moskva Rusiya-Ukrayna münaqişəsinin kök səbəblərini diplomatiya yolu ilə həll etməyə üstünlük verərdi, lakin danışıqlardan imtina edilərsə, Rusiya hərbi əməliyyatlara əl atacaq.

Referans Media Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

O bildirib ki, Ukraynanın arxasında NATO ölkələrinin potensialı, o cümlədən genişmiqyaslı hərbi yardım, kəşfiyyat məlumatlarının ötürülməsi, təlimatçıların və muzdluların iştirakı durur.

Putin həmçinin vurğulayıb ki, Rusiyanın strateji nüvə qüvvələri dünyada çəkindirmə və güc balansının qorunmasında əsas rol oynayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki