image-image-tg-upb-2-putins-ambition_0-2backend

Putindən Rusiya ilə bağlı gözlənilməz açıqlama

Rusiya sürücüsüz taksilərin artıq real istifadədə olduğu bir neçə ölkədən geri qalır.

Bunu Rusiya Prezidenti Vladimir Putin nəqliyyat və yüksək texnologiyaların inkişafına həsr olunan iclas zamanı bildirib.

Putin qeyd edib ki, bir sıra xarici ölkələrdə pilotsuz taksilər artıq gündəlik nəqliyyat sistemi kimi fəaliyyət göstərir, halbuki Rusiyada bu sahədə hələ də sınaq və hazırlıq mərhələsi davam edir. Onun sözlərinə görə, mövcud texnoloji və hüquqi maneələr daha operativ şəkildə aradan qaldırılmalıdır.

Prezident vurğulayıb ki, sürücüsüz nəqliyyat vasitələrinin inkişafı təkcə innovasiya məsələsi deyil, həm də iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə gecikmələr Rusiyanın qlobal texnoloji yarışda mövqelərinə mənfi təsir göstərə bilər.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki