Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenskinin məktubu barədə məlumat verilib.
Referans Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
“Onun artıq xəbəri var”, – deyə sözçü qeyd edib.
Xatırladaq ki, iyunun 4-də V.Zelenski Putinə açıq məktub ünvanlayıb.
Məktubda o, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar prosesinin başlanmasını və münaqişənin başa çatdırılması məsələsini müzakirə etmək üçün şəxsi görüş keçirilməsini təklif edib./Globalinfo.az
