Putinin təyyarəsi qırıcılarla müşayiət olundu – VİDEO

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Qazaxıstan dövlət sərhədini keçdiyi andan Astana hava limanına enişə qədər bu ölkənin qırıcı təyyarələri tərəfindən müşayiət olunub.

Bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Putin Qazaxıstanda rəsmi səfərdədir. O, səfər çərçivəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək, daha sonra da mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı Sammitində iştirak edəcək./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki