image-esini-komsusuyla-evinin-yatak-odasinda-yakaladi_91e3af58d0_ampbackend

Qadın ərinin xəyanətini belə ifşa etdi: görüntülər gündəm oldu – VİDEO

Türkiyənin Aksaray şəhərində baş verən qalmaqallı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir qadın həyat yoldaşını qonşu qadınla evinin yataq otağında yaxalayaraq baş verənləri mobil telefonu ilə lentə alıb.

Referans Media xəbər verir ki, hadisə zamanı qadın gördüklərindən şoka düşdüyünü bildirərək qonşularına xəbər verib və kömək istəyib. Çəkilən görüntülərdə tərəflər arasında gərgin mübahisə yaşandığı, ev sahibinin həm həyat yoldaşına, həm də qonşu qadına sərt reaksiya göstərdiyi görünür.

Görüntülərdə evdə yaxalanan qadının özünü müdafiə etməyə çalışdığı da diqqət çəkir. O, iddiaları rədd edərək “Bir dəfə oldu, heç nə etmədim. Sadəcə bir şey istəməyə gəlmişdim” sözləri ilə özünü müdafiə etməyə çalışıb.

Hadisə zamanı yaşanan gərgin anlar mobil telefonla qeydə alınıb. Qısa müddət ərzində sosial şəbəkələrdə yayılan görüntülər böyük maraq doğuraraq gündəm mövzusuna çevrilib.

Baş verən hadisə şəhərdə də geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki