Qala qəsəbəsində 35 min manatlıq günəş panelləri oğurlanıb

  Paytaxtda 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanılıb.

Referans  DİN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Qala qəsəbə sakininin ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

 Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki