Qalatasaray argentinalı futbolçuya rəsmi təklif göndərib

Superliqada yanvarın 2-də başlayan və fevralın 6-da başa çatacaq ara transfer dövrü bütün həyəcanı ilə davam edir. “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor” başda olmaqla klublar heyətlərini gücləndirmək üçün çalışmalarını davam elətdirir.

Mert Günok, Anthony Musaba və Matteo Guenduzi ilə müqavilə imzalayan “Fənərbağça”da N’Qolo Kante üçün transfer danışıqları davam edir. Noa Lang ilə prinsipial razılığa gələn “Qalatasaray”da isə yarımmüdafiə xəttinə transfer üçün işlər gedir.

Bu günə qədər dörd futbolçu ilə yollarını ayıran “Beşiktaş”da Demir Ege Tıknazın “Braqa”ya, Rafa Silvanın isə “Benfika”ya transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Klubun diqqəti sol cinah müdafiəçisi, stoper və yarımmüdafiəçi mövqelərinə yönəlib.

Müdafiə xəttini Chibuike Nwaiwu və Mathias Løvik ilə gücləndirən “Trabzonspor”da isə yarımmüdafiə axtarışları davam edir.

Superliqada günün diqqətçəkən son transfer xəbərlərini anbaan təqdim edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki