UEFA Çempionlar Liqası play-off mərhələsində İtaliya təmsilçisi Yuventus ilə üz-üzə gələcək Qalatasaray, rəsmi heyətini açıqlayıb. Sarı-qırmızılı klubun UEFA-ya təqdim etdiyi siyahıda həm əsas heyət üzvləri, həm də “ara transfer” dövründə qatılan futbolçular yer alıb.
Referans Media xəbər verir ki, heyətdə Noa Lang, Yaser Asprilla və Sacha Boey kimi yeni transferlər də yer alaraq, komandaya əlavə dinamizm və seçim imkanı qazandırıb.
Qalatasarayın UEFA-ya bildirdiyi tam siyahısı belədir: Uğurcan Çakır, Ismail Jakobs, Davinson Sanchez, Roland Sallai, Gabriel Sara, Mauro Icardi, Leroy Sane, Yunus Akgün, Batuhan Şen, Eren Elmalı, Günay Güvenç, İlkay Gündoğan, Ahmed Kutucu, Yaser Asprilla, Kaan Ayhan, Lucas Torreira, Abdülkerim Bardakcı, Victor Osimhen, Barış Alper Yılmaz, Noa Lang, Wilfried Singo, Sacha Boey, Mario Lemina.
Bu heyət ilə Qalatasaray Çempionlar Liqasına güclü və rəqabətə hazır şəkildə çıxır. Komanda azarkeşləri, xüsusilə yeni transferlərin performansına böyük ümidlər bəsləyir.
