“Qalatasaray” qələbə qazandı

“Qalatasaray”dan dramatik qələbə – Osimhen son saniyələrdə həlledici qolu vurdu

Türkiyə Super Liqasının XV turunun açılış oyununda “Qalatasaray” doğma meydanda “Samsunspor”u qəbul edib. “Sarı-qırmızılar” ilk hissədə tam üstünlük nümayiş etdirərək fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar.

Lakin matçın ikinci hissəsində qonaqlar gözlənilməz dönüş ediblər. “Samsunspor” 88-ci dəqiqədə hesabı 2:2-yə gətirərək matçı dramatik məcraya salıb.

Qarşılaşmada həlledici epizod isə oyuna əlavə olunmuş dəqiqələrdə yaşanıb. Viktor Osimhen möhtəşəm akrobatik zərbə ilə topu qapıdan keçirərək “Qalatasaray”a 3:2 hesablı əzmkar qələbə qazandırıb.

Bu nəticə komandanın çempionluq yarışında mövqeyini daha da möhkəmləndirib. //Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki