“Qalatasaray” sərvət əldə etdi

  “Qalatasaray”, PUMA ilə 10 illik yeni müqavilə bağladığını açıqlayıb.

Referans.az  xəbər verir ki, razılıq 5+5 formatında əldə edilib. Klubun açıqlamasına görə, müqavilənin ümumi dəyəri 83 milyon avrodur. Həmçinin, müqavilədə 14,5 milyon avroluq performans bonusu da nəzərdə tutulub.

Qeyd edək ki, “Qalatasaray” PUMA şirkəti 2023-cü ildə müqavilə imzalamışdı. Həmin müqavilədə klubun 25 milyon avro qazanacağı nəzərdə tutulmuşdu. Yeni müqavilədə isə həmin məbləğin 83 milyon avro olaraq dəyişdirildiyi açıqlanıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki