Qalatasaray qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyə hazırlaşır. Bu transferin Qabriel Saranın gedişi ilə reallaşa biləcəyi bildirilir.
Referans Media xəbər verir ki, Super Liqdə və Çempionlar Liqasında uğurla irəliləyən Qalatasaray, qış transfer dönəmi üçün hazırlıqlara başlayıb. Baş məşqçi Okan Burukun hesabatı doğrultusunda orta sahəyə əlavə olunması planlaşdırılan ilk ad keçmiş oyunçu Gedson Fernandes olub.
Məlumata görə, sarı-qırmızılılar bu mövsüm “Beşiktaş”dan Spartak Moskvaya keçən 26 yaşlı yarımmüdafiəçinin transferi üçün bütün imkanlardan istifadə etməyə hazırlaşır. Xəbərin təfərrüatında qeyd olunur ki, Rus klubu Gedson üçün bonuslarla birlikdə 27 milyon avro ödəyib. Qalatasarayın mümkün mübadilə təklifində isə Spartak Moskvanın Saranı tələb edəcəyi vurğulanır.
26 yaşlı portuqaliyalı yarımmüdafiəçinin Rusiya klubu ilə müqaviləsi 2029-cu ilin iyununda başa çatır. 20 milyon avro dəyərində qiymətləndirilən Gedson bu mövsüm 20 oyunda 5 qol və 3 asistlə çıxış edib.
Qabriel Sara Rusiya klublarının diqqətindədir. Spartakdan sonra Zenit də futbolçu ilə yaxından maraqlanır. İngiltərədən “Leeds United” da 26 yaşlı futbolçunun şərtlərini öyrənir.
2024-cü ildə “Norwich City”dən 18 milyon avroya transfer olunan braziliyalı futbolçunun Qalatasarayla müqaviləsi 2029-cu ilin iyununda başa çatır. Bu mövsüm 20 matçda 1 qol, 2 asistlə yadda qalan Sara 22 milyon avro bazar dəyərinə sahibdir.
