Vilfrid Zaha ilə bağlı yeni məlumat yayılıb. Transfer hüquqları “Qalatasaray”da olan Fil Dişi Sahilli futbolçunun hazırda icarə əsasında çıxış etdiyi “Şarlott FK” ilə yeni müqavilə imzalaması gündəmdədir.
Referans Media xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, 33 yaşlı futbolçu “Şarlott FK” klubu ilə danışıqlara başlayıb. Mövsümün sonunda “Qalatasaray”la müqaviləsi başa çatacaq Zahanın iyul ayından etibarən sərbəst oyunçu statusu qazanacağı bildirilir.
Məlumata görə, həm futbolçu, həm də ABŞ təmsilçisi əməkdaşlığın davam etdirilməsində maraqlıdır və Zahanın karyerasını “Şarlott FK”da davam etdirməsi daha real variant hesab olunur.
Qeyd edək ki, Vilfrid Zaha “Şarlott FK” forması ilə indiyədək 44 oyunda meydana çıxıb, 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
