Qanunsuz ağac kəsiminə görə cinayət işi açıldı – Saxlanılan var

  Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Bu barədə Referans-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki