“Qarabağ” Bilbaoya onsuz yollanır

  UEFA Çempionlar Liqasının Liqa mərhələsində İspaniyada “Atletik”lə üz-üzə gələcək “Qarabağ”ın heyətində itki var.

Referans.az  xəbər verir ki, bu barədə Offsideplus.az saytına açıqlamasında klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, Musa Qurbanlı İspaniya təmsilçisi ilə görüşdə zədə səbəbindən iştirak etməyəcək.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki