“Qarabağ” bu gün “Atletik”lə üz-üzə gələcək

  “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq.

Referans.az  bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada “Atletik”lə üz-üzə gələcək.

Qarşılaşma “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüşün baş hakimi xorvatiyalı İqor Payaç olacaq.

 “Qarabağ” hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib. “Köhlən atlar” II turda Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəlib – 2:0.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki