“Qarabağ”-“Çelsi” matçına rekord sayda bilet satıldı

  UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununa bilet satışında tarixi göstərici qeydə alınıb.

Referans Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, bir neçə saat ərzində artıq 22 500 bilet alınıb.Hazırda biletlərin məhdud sayda qaldığı deyilir.

Standart biletlərin qiymətləri: 10, 15, 25, 35, 40, 50 və 75 AZN təşkil edir.

VIP sektorlar: 200, 250, 300 və 400 AZNVVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az saytından və mobil tətbiqi vasitəsilə əldə oluna bilər.

Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də, saat 21:45-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki